Əsas məzmuna keç

AP: Hörmüz boğazının yenidən açılması ilə bağlı saziş layihəsi yekunlaşdırılıb

İran və Oman danışıqçıları Hörmüz boğazının yenidən açılması ilə bağlı saziş layihəsini yekunlaşdırdıqları və İranın lideri Müctəba Xameneidən təsdiq gözlədikləri bildirilir.

Tezadlar.az xəbər verir ki, AP-nin adı açıqlanmayan regional rəsmilərə istinadən verdiyi məlumata görə, Hörmüz boğazının yenidən açılması ilə bağlı saziş layihəsi yekunlaşdırılıb.

Rəsmilər bildiriblər ki, İran və Oman danışıqçıları İran lideri Xameneidən təsdiq gözləyirlər.

Bu saziş layihəsinin ABŞ və İran arasında Hörmüz boğazı mübahisəsinin müvəqqəti həlli olduğunu qeyd edən rəsmilər həmçinin bu sazişin ABŞ və İran arasında danışıqların davam etdirilməsi üçün yol açacağını vurğulayıblar.

ABŞ prezidenti Donald Tramp İranla danışıqların müsbət irəlilədiyini, Yaxın Şərqdəki kritik prosesin 48 saat ərzində aydınlaşdırılacağını və Hörmüz boğazının çox tezliklə yenidən açılacağını bildirmişdi.

İran İnqilab Keşikçiləri Korpusunun rəsmi nəşrində razılaşmanın əldə edilməsinin gecikməsinin əsas səbəbinin ABŞ-dan gələn təhdidlər olduğu bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…