Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 7,23 milyon ABŞ dolları dəyərində 33 min 260 ton arpa (o cümlədən toxumluq) idxal edib.
Tezadlar.az bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 28 % azdır.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 3,68 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2 dəfə çox) 17 min 601 ton (+2 dəfə), Rusiyadan 3,45 milyon ABŞ dolları dəyərində (-47 %) 15 min 628 ton (-58 %), Avstriyadan 72,68 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 7 ton (+17 %) və Türkiyədən 18,1 min ABŞ dolları dəyərində (-82 %) 23,51 ton (-79 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 68,5 min ton arpanın 74 %-i Rusiyanın payına düşüb.