Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk dünyasının görkəmli ozanı, ustad Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Bolnisi bələdiyyəsinin Saraçlı kəndində baş tutan tədbir çərçivəsində ilk olaraq ziyalılar, aşıqlar və ictimaiyyət nümayəndələri Aşıq Hüseyn Saraçlının məzarını ziyarət edərək onun ruhuna dualar oxuyublar. Daha sonra ustad aşığın kəndin mərkəzində yerləşən büstü önündə yubiley tədbiri davam etdirilib.
Müxtəlif bölgələrdən olan natiqlər çıxış edərək Aşıq Hüseyn Saraçlının zəngin irsinin qorunmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin onun doğulduğu evin muzeyə çevrilməsi təşəbbüsünü irəli sürüblər. Bildirilib ki, həmin evin muzeyə çevrilməsi həm tarixi yaddaşın qorunması, həm də mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.