Əsas məzmuna keç

Astarada 17 yaşlı qızı avtomobil vurdu: vəziyyəti ağırdır

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub.

Tezadlar.az-ın cənub bürosunun məlumatına görə, hadisə Ərkivan qəsəbəsi ərazisində olub.

Belə ki, avtomobil vuran şəxs qəsəbə sakini – 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…