Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Aşuradır… Ölkənin bir sıra bölgələrində, o cümlədən Mərkəzi Qan Bankında “Aşura” günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, ölkədə irsi qan xəstəliyindən əziyyət çəkən çox sayda insan var: “Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün olmadığından könüllü donorlara həmişə ehtiyac var. Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. Hazırda karantin rejimi qaydaları çərçivəsində aksiyamızı davam etdiririk”.
Qeyd edək ki, aksiya gün ərzində davam edəcək.