Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 10:24

“AtaSığorta” ləğv edilir-yerini “Atəşgah Sığorta”ya verir-SON DƏQİQƏ

Ölkənin sığorta bazarında daha bir yenilik və maraqlı olay: “AtaSığorta” sığorta şirkəti yerini “Atəşgah Sığorta” şirkətinə verir.  Səbəb hələki tam açıqlanmır. Amma Tezadlar.az xəbər verir ki, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti” ASC-yə ötürülüb. Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq “Atəşgah” sığorta şirkətinə müraciət etməli olacaq. Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir.

Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.

Bu sığorta bazarında daha bir yeni xəbərdir.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!