“ATATÜRK VƏ ŞUMER-TÜRK BAĞLILIĞI”- TARİYEL AZƏRTÜRK YAZIR

Oxunma sayı: 250
…BU YAXINLARDA DÜNYASINI 108 YAŞINDA DƏYİŞMİŞ VƏ ƏSRDƏN ÇOX ÖMRÜNÜN ZOR HİSSƏSİNİ ŞUMERLƏRİN TÜRK OLDUĞUNU İSBAT ETMƏYƏ HƏSR ETMİŞ MƏRHUM MUAZZEZ İLMİYƏ ÇIĞ YAZIR:
“Atatürk’ün Sümerlere olan bağlılğının ilk olarak, bir Fransızca kitapta okuduğu ve altını çizerek yanına “Mühim, önemli” diye, qeyd etdiyi “Sümerler Orta Asya’dan gelmiş olabilir­ler ve dilleri Ural-Altay dillerine benziyor”, cümlesi ile başladığı qənaətindəyik. Dil ve Tarih-Coğrafya Fakültesinin tərkibində və her yerde adı “Asuroloji” olan bölü­mün adını, “Bırakın şu Samileri” (Aysorlar sami dilli xalq sayılır – T.A.) diyerek, “Sümeroloji” koydurması ve yeni açılan bir bankaya Sümerbank adını verdirmesi hep Sümerlere olan bağlılığından idi. Çünkü çok uygar (uydar – sivil – T.A.) olan Sümerler Orta Asya’dan getmiş olamaz mıydı?”
***
ƏVƏT, MÖHTƏRƏM CIĞ XANIM, QƏTİ OLAMAZ MIYDI !!
30 ildir mixi yazıları araşdıran və bu sahədə bəlkə 5 min səhifədən çox məqalə, kitab yazan müəllif kimi deyirəm:
1. Şumer adı və bu adda xalq və dil olmayıb. Uydurmadır !
2. Mixi yazının yaradıcısı Türkdür.
3. Türk xalq kimi elə Dəclə-Fərat Çayqoşağında (yunanca
Mesopotamiya) – Babildə doğulub.
4. Babil adına 6 min il yaşı olan Ziqqurat məbədinin divarında
gizlədilmiş daşdakı türkcə yazıda rast gəlirik:
“NƏBU NAİDİM, TÖK ŞƏRİ, BABİLİ TİNTİR Kİ”…
Məbədi tikən xalqın Nəbu Naidə (Allaha) müraciətdir:
– Sənə həsr etdiyimiz Məbədin eşqinə şərimizi bağışla, Babili onun öz dilində dindir, ey Böyük Yaradan !!
Kaş Ulu Atatürkün sağlığında, hörmətli Çığı Xanım, u Böyük Dühaya bircə belə sətir ərməğan verəydin “Şumerdən”, onu özününküləşdirmək yolunda görərdin nələr edir.
30 ildir bu güzərgahlarda susuz ilan kimi mələyirəm:
– Başqaları kimi demirəm “Şumer dili” Türk dilinə oxşardır, qəti deyirəm:
– Mixi yazılar Türkündür ! Alın bu da DİLİMİZ !!!
Bir ağıllımız, imkanlımız eşitmir məni…
Amma Məbəddən alınmış daş yazısında avropalılar Babil kəlməsini sanki görmür, orijinalda “TİNTİR Kİ” (Dindir ki – türk feil və bağlayıcı) yazılmış Babil ölkəsinin adı kimi qəbul edirlər. Bütün dünyanı çaş-baş salırlar.
Alman alimi W.H. Römerin Türk dilini “Babil dili” adlandıran 40 sətrlik 3 şeirinin tək bircə sətrinə baxaq:
“2. hul-la zalag-ga-am su-be-esh sud-zu mu-ra-ash”
Gil lövhədən oxuduğu bu hecaları o belə müqəvvlaşdırır:
2. [hulla] [zalaggam] [subeesh] [sudzu] [muraash]
və almancaya belə tərcümə edir. Mən bizim dildə səsləndirirəm:
“Üzlərində ışıl-ışıl parıltıyla gedir onlar və sizə dualar etmək istəyirlər”…
Fəqət sətr təmiz Azərbaycan türkcəsindədir:
HÖLLƏ, ÇALAQ (cəld), QƏM ÜZÜB EŞ, CÜTCÜM, URAŞ (uğraş –
döyüş torpaqla),
***
BÜTÜN DÜNYA ALİMLƏRİ ÇOX GÖZƏL BİLİRLƏR Kİ, MİXİ YAZILARIN DİLİ TƏMİZ AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRK DİLİNİN VAHİD, YƏNİ HƏLƏ LƏHCƏLƏRƏ AYRILMAMIŞ VERSİYASIDIR.
Amma ayaqlarından da assan, Möhtərəm, ULU ÖNDƏR ATATÜRK, heç biri onu TÜRKƏ verməz. Necə ki, Avropa ədəbiyyatı Persiyada MİN İLLİK TÜRK ŞAHLIĞINI qəbul edə bilmir…
Özünü “bu ailədə” hiss edən dünyanın bir qayğısı var:
Nə olur – olsun, bütün hadisələr “Hind-İran-Avropa Ailə Birliyi” ətrafında fırlansın.
Tariyel AZƏRTÜRK,
ABŞ
TƏQDİM ETDİ: tezadlar.az 
Xəbəri paylaş

18 Aprel