Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero Bakıya səfərə gəlib.
Bu barədə “Tezadlar.az“a Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyindən məlumat verilib.
K.Borrero enerji və mənzil tikintisi məsələləri üzrə komissar Dan Yorgenseni təmsil edərək Bakı Enerji Həftəsində iştirak edir.
Qeyd edək ki, Bakıda 1-2 iyun tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək.