Əsas məzmuna keç

Avarçəkənimiz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan təmsilçisi Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində keçirilən gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) Tezadlar.az-a verilən məlumata görə, idmançı kanoe qayığında mübarizə aparıb.

O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən T. Smilovenko fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…