Əsas məzmuna keç

Avqustda büdcəyə 175,1 milyon manat dividend ödəyən ABB növbəti ildə …

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2026-ci ildə dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

Tezadlar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.

Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında ABB 175,1 milyon manat dividend ödəyib və proqnozu 116,7 % icra edib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 282,183 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

fed.az

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…