Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyası “X” sosial şəbəkəsi tərəfindən Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Qanununun (DSA) pozuntularının aradan qaldırılması üçün təklif olunan tədbirləri təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, “X” platformada reklamın şəffaflığını artırmağı və tədqiqatçıların ictimai məlumatlara çıxışını genişləndirməyi öhdəsinə götürüb.
Qurumdan bildirilib ki, bu, müstəqil ekspertlərə sosial şəbəkənin fəaliyyəti ilə bağlı dezinformasiyanı, qeyri-qanuni məzmunu və digər sistemli riskləri daha səmərəli şəkildə aşkar etməyə imkan verəcək.
Belə bir çıxış müəyyən edilmiş tələblərə cavab verən müraciətçilərə pulsuz təmin edilməlidir. Bundan əlavə, müraciətlərə baxılma müddətinin qısaldılması və platformanın istifadə şərtlərini pozmadan ümumi istifadədə olan məlumatların toplanmasına icazə verilməsi təklif olunur.
Bu öhdəliklərin yerinə yetirilməsi üçün şirkətə 6 ay vaxt verilir, ardınca isə müstəqil audit aparılacaq.
Brüsselin fikrincə, bu tədbirlər “X”in işinin şəffaflığını artırmalı, platformanın istifadəçilər və cəmiyyət üçün yarada biləcəyi risklərin qiymətləndirilməsini asanlaşdırmalıdır.
Bu tədbirlər, Avropa Komissiyasının dekabr ayında Aİ-nin Rəqəmsal Xidmətlər Qanununu pozduğuna görə “X”i 120 milyon avro cərimələməyə dair qərarının davamı olub.