Əsas məzmuna keç

Avropa Komissiyasının prezidenti AB-nin əsas prioritetini açıqladı

Avropa Birliyinin (AB) şərq sərhədinin qorunması Avropa hava məkanına daha bir dron müdaxiləsindən sonra birliyin əsas prioriteti olaraq qalır.

Tezadlar.az bildirir ki, Ursula fon der Leyen bu barədə sosial media platformasında məlumat verib.

“Avropa hava məkanına yenidən pilotsuz uçuş aparatı müdaxilə edilib. Şərq sərhədimiz boyunca müdafiə və çəkindirmə qabiliyyətlərimizin gücləndirilməsi əsas prioritet olaraq qalır”, – fon der Leyen qeyd edib.

Avropa Komissiyasının prezidenti həmçinin Rumıniya ordusuna Birliyin “ümumi təhlükəsizliyini təmin etməyə” kömək edən “sürətli reaksiya”larına görə minnətdarlığını bildirib.

Rumıniya F-16 qırıcı təyyarəsi 24 iyul cümə günü Rumıniya hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını (PUA) vurub. Ölkə prezidenti Nikuşor Danın sözlərinə görə, mütəxəssislər hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün dronun düşdüyü ərazini araşdırırlar.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…