Əsas məzmuna keç

Avropa ölkələrində inflyasiya kəskin şəkildə sürətlənir

Böyük Britaniyada iyul ayında inflyasiya enerji xərclərinin kəskin artması səbəbindən 2,9 faizə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İyun ayında bu rəqəm 2,6 faiz olub. Xidmət sektorunda inflyasiya 3,6 faizdən 3,4 faizə düşüb. Enerji, qida, spirtli içki və tütün məhsullarını istisna edən əsas inflyasiya 2,6 faiz səviyyəsində qalıb.

Oktyabr ayında elektrik enerjisi xərclərinin yenidən artacağı proqnozlaşdırılır ki, bu da yaşayış xərclərinin artması səbəbindən ev təsərrüfatlarına təzyiqi daha da artırır.

Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leynin proqnozlarına görə, avrozonada inflyasiya 2026-cı ildə 2 faizlik hədəfə qayıda bilməyəcək. Bunun səbəbi davam edən Yaxın Şərq münaqişəsidir. İlin sonuna qədər avrozonada inflyasiyanın 3 faiz ətrafında qalacağı ehtimal olunur.

Proqnozlara görə, Hörmüz boğazı 2027-ci ilə qədər açılmasa, Böyük Britaniya iqtisadiyyatı tənəzzüllə üzləşə bilər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…