Əsas məzmuna keç

Avropada qazın qiyməti 750 dolları keçdi

Avropa bazarlarında “mavi yanacağ”ın dəyəri 2023-cü ilin yanvarından bu yana ilk dəfə min kubmetr üçün 750 ABŞ dolları həddini aşıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Londonun ICE birjasının göstəricilərindən məlum olub. Qiymət artımı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlamaq ehtimalı ilə əlaqəli bəyanatları fonunda müşahidə edilir.

Niderlandın TTF habında aprel füçerslərinin qiyməti min kubmetr üçün təqribən 756 dollara və ya MVt/saat üçün 63.005 avroya qədər artıb (hazırkı məzənnəyə uyğun olaraq, ICE-də qiymətlər MVt/saat üçün avro ilə hesablanır).

Günün başlanğıcından etibarən kotirovkaların ümumi artımı 40%-dən çox təşkil edib.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…