Əsas məzmuna keç

“AVROVİZİYA-2022” MAHNI MÜSABİQƏSİNİN İKİNCİ YARIMFİNALI BAŞLADI

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

İkinci yarımfinalda 18 ölkənin təmsilçisi (Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç) çıxış edir.

Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə yarışır. 

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…