Xalq artisti Aygün Kazımova bu gün keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb Xalq artistinin səhhətində yaranan problem olub. Bu haqda Kazımova özü məlumat yayıb.
Müğənni bildirib ki, konsert başqa bir tarixdə keçiriləcək. Kazımova bu gün üçün alınan biletlərin növbəti konsertdə keçərli olacağını əlavə edib.







