Əsas məzmuna keç

AYİB AZƏRBAYCANDA ÜDM -İN ARTIM SƏVİYYƏSİNİ AÇIQLAYIB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanın iqtisadi artımının 4,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə AYİB-in “Transition Report 2022-23” hesabatında bildirilir.

Qeyd olunur ki, enerji daşıyıcılarının qiymətləri və Azərbaycan qazına tələbat qısa müddətdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək.

Proqnozlara əsasən, yüksək neft və qaz qiymətləri səbəbindən 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 31,7 faizini təşkil edəcək ki, bu da 2021-ci ilin eyni göstəricisini 16,5 faiz bəndi üstələyir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…