Amerikanın Florida ştatının Apopka şəhərində ayı ona qışqıran kişiyə hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “News 6” məlumat yayıb.
Hücum avqustun 15-də səhər saat dörd radələrində baş verib. Apopka sakini Aleksandr Roxas həyətdə iki bala ayı görüb, çölə çıxıb və onları qorxutmaq üçün qışqırıb. Təsir isə əksinə olub: ayılardan biri qışqıran adama hücum edib, onun qolundan dişləyib. Kişi qaçaraq evdə gizlənə bilib.
E.ŞİRİNOV







