Əsas məzmuna keç

AYNA “Aztelekom” ilə razılaşdı – 60 min manatlıq satınalma imzalandı

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”  PHŞ “Aztelekom” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Tezadlar.az xəbər verir ki, müqaviləyə görə Laçın kanat yolunun aşağı və yuxarı terminallarına fiber-optik kabelin çəkilişi, 12 aylıq internet xidməti və 12 aylıq fiber-optik liflərin icarəsi xidmətini “Aztelekom” MMC həyata keçirəcək.

Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 59 min 998 manat təşkil edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…