6 Noyabr 2025 / 14:15

AYNA olan yerdə belədir: Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu da pullu olacaq

Məlum olduğu kimi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu birinci texniki dərəcələrə uyğun olaraq inşa edilir. Tezadlar.az xəbər verir ki, bunu Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyib. O bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir. Sitat: “Bu yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından ibarətdir. 45,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Avtomobil yolu üzərində 8 ədəd qovşaq inşa edilib. 44 ədəd alt, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli qurğu inşa edilib. Avtomobil yolunun gələcəkdə ödənişli olması nəzərdə tutulur”.

Beləliklə, yollarımızın pullu olması pis deyil, amma gərək yolları pullu edənlər həm də nəzərə alsınlar ki, cibimizdə də gərək pul olsun…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!