Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Alaş Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının şeirləri Vyetnam və Özbəkistan mətbuatında yayımlanıb.
Ə.Qoşalının şeirləri tanınmış Vyetnam şairləri Mai Van Phan və Nguyen Ba Giap tərəfindən vyetnamcaya çevrilərək vanchuongphuongnam.vn və maivanphan.vn ədəbiyyat saytlarında yerləşdirilib.
Qeyd edək ki, bundan az öncə Özbəkistanın “İcad dünyası” dərgisi də Ə.Qoşalının şeirlərini yayımlayıb.
Onu da vurğulayaq ki, Ə.Qoşalı ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilib.