Əsas məzmuna keç

AZƏRBAYCANIN RUSİYAYA FINDIQ İXRACI ARTIB

Bu ilin əvvəlindən Azərbaycandan Rusiyanın Stavropol diyarına 147,82 ton fındıq tədarük edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata görə, ötən illə müqayisədə məhsul tədarükü 58,2 faiz və ya 54,42 ton artıb.

“Rosselxoznadzor”un tabeliyində olan laboratoriyalarda tədqiqatlar üçün məhsulun nümunələri seçilib. Karantin fitosanitar vəziyyəti müəyyən edildikdən sonra fındığın satışına icazə verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…