Əsas məzmuna keç

Azad edilmiş ərazilərdə 100 mindən çox sahibkarlıq subyekti qeydə alınıb

1 yanvar 2025-ci il tarixinə işğaldan azad olunmuş ərazilərdə 100 039 sahibkarlıq subyekti qeydə alınıb.TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricini (93 937) 6,5 faiz üstələyir.

Cari ilin əvvəlinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 4 866 mikro, 248 kiçik, 110 orta, 16 iri sahibkarlıq subyekti və 94 799 fərdi sahibkar fəaliyyət göstərir.

Sahibkarlıq subyektləri üzrə göstəricilər:

Mikro sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 3 984 (+7,3 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 882 (+22 faiz)

Kiçik sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 197 (+8,24 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 51 (+15,9 faiz)

Orta sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 87 (+22,5 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 23 (+2,3 dəfə)

İri sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 11 (+83 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 5 (+5 dəfə)

Fərdi sahibkarlar:

Qarabağ iqtisadi rayonu – 88 505 (+5 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 6 294 (+28,5 faiz)

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…