Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2026 / 21:10

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun protokolu imzalandı

Bu gün imzalanmış Azərbaycan-ABŞ İqtisadi Dialoqunun protokolu iki ölkə arasında konstruktiv dialoqun davam etdirilməsinə töhfə verəcək.

Tezadlar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində Azərbaycan və ABŞ münasibətlərinin intensiv inkişafını, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi tərəfdaşlığımızın gücləndirilməsində əhəmiyyətli rolunu qeyd etdik. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu və Orta Dəhliz üzrə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə tədarük zəncirlərinin inkişafı, nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində yeni investisiya imkanlarının dəyərləndirilməsi barədə fikirlərimizi bölüşdük. Tədbirin yekununda imzaladığımız Protokol birgə layihələrin müəyyən edilməsinə, biznes əlaqələrimizin gücləndirilməsinə və qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması üçün konstruktiv dialoqun davam etdirilməsinə töhfə verəcək”, – deyə o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!