Əsas məzmuna keç

Azərbaycan məhsulları Çindəki premium sərgidə

az mehsullari cinde

Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici məhsulların sərgi-yarmarkalarında nümayiş olunur.

Tezadlar.az   xəbər verir ki,  Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır. Ölkəmizin Çində ticarət nümayəndəsi aparatının dəstəyi ilə Pekindəki Azərbaycan Ticarət Evi paytaxtın “Ritan” və “Wanyuan – Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də təqdim olunur.

6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…