Əsas məzmuna keç

Azərbaycan meyvə-tərəvəz ixracını 30 faizdən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 602,5 milyon dollar dəyərində 574,3 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Tezadlar.az  Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 31,3 faiz, həcmi isə 30,8 faiz artıb.

Cari ilin ilk 9 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 22,74 faizə bərabər olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…