Qazaxıstan buğdasına tələbat durmadan artır.
Tezadlar.az Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr-oktyabr ayları arasında Qazaxıstan 2 milyon ton taxıl ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1,8 milyon ton olub.
İdxalçı ölkələrə gəldikdə isə, Özbəkistana ixrac 42% artaraq 738.000 tondan 1049 tona çatıb. Qırğızıstana ixrac 2,6 dəfə artaraq 24.000 tondan 64.000 tona, Azərbaycana isə 3,1 dəfə artaraq 18.000 tondan 56.000 tona çatıb.
JASMİN







