MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycana 31 milyon 417 min dollar dəyərində 288 min 831 baş diri qoyun idxal edilib.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 16,5 milyon dollar və ya 2,1 dəfə, miqdar ifadəsilə isə 133 min 462 baş, başqa sözlə 85,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 14 milyon 906 min dollar dəyərində 155 min 369 baş diri qoyun idxal olunmuşdu.