Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 18:10

Azərbaycanda 2030-cu ilə qədər bank hesabı olan istifadəçilərin sayının yetkin əhalinin 85 %-nə çatdırılması hədəflənir

2030-cu ilə qədər Azərbaycanda bank hesabı olan istifadəçilərin sayının yetkinlik yaşına çatmış bütün əhalinin sayına nisbətinin 85 %-ə çatdırılması (2025-ci ildə 70,7 %) hədəflənir.

Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 %-ə çatdırılması (2025-ci ildə 25 %), BOKT-lar üzrə aktivlərin məbləğinin, “Aqrarkredit” QSC və kredit ittifaqları istisna olmaqla, 1,5 milyard manata çatdırılması (2025-ci ildə 1 milyard manat) nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!