4 Fevral 2026 / 13:02

Azərbaycanda banka pul yatıranların sayı artıb

Yeni monetar siyasətin nəticəsi olaraq ötən il unikal əmanətçilərin sayı 2024-cü illə müqayisədə 81,3% artıb.

Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106 min nəfər təşkil etdiyi halda, 2025-ci ilin sonuna bu göstərici 194 min olub: “Beləliklə, son 30 il ərzində formalaşan təxminən 100 minlik əmanətçi bazası cəmi son 2 il ərzində iki dəfə artım nümayiş etdirib”.

“Maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliliyin örtülməsi əmsalı tətbiq edilib: “Bu da banklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlb edilməsi ilə məşğul olsunlar. Sistem əhəmiyyətli bankların depozit faizləri 6% həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2024-cü ildə müddətli depozitlərin həcmi 1,8 milyard manat, ötən il isə 2,3 milyard manat artıb”, – deyə o, bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!