Əsas məzmuna keç

Azərbaycanda bu vergi-gömrük güzəştlərini və azadolmaları bilirdinizmi?

Bu il Azərbaycanda vergi-gömrük güzəştlərinin və azadolmalarının ümumi məbləği 7,7 milyard manat təşkil edir. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu məbləğ dövlət büdcəsi gəlirlərinin 20 %-i qədərdir. “Güzəşt və azadolmalar müəyyən edilərkən mülkiyyət formaları arasında fərq qoyulmur. İmtiyazların 94,5 %-i qeyri-neft-qaz sektrunun payına düşür”, – deyə deputat qeyd edib.

O, əlavə edib ki, 2025-ci ildə təkcə vergi-gömrük güzəşlərinin ümumi məbləği 4,4 milyard manatdır ki, bunun da 99,7 %-i özəl sahibkarlıq subyektlərinə aiddir: “Buraya azadolmalar daxil deyil və bu rəqəmlər bir daha təsdiq edir ki, vergi- gömrük güzəştlərinin əsas benefisiarı dövlət sektoru deyil, məhz özəl sektordur. Vergi-gömrük güzəştlərinin də 95,9 %-i qeyri-neft-qaz sektoru ilə bağlıdır”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…