Əsas məzmuna keç

Azərbaycanda əhalinin yarım milyard manatdan çox vaxtı keçmiş kredit borcu var

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manat təşkil edib.

Tezadlar.az  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 10,25 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 18,1 %, son 1 ildə isə 28,65 % artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna 1,8 %, ötən ilin sonuna 1,6 %, ötən il martın sonuna da 1,6 % olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…