Əsas məzmuna keç

Azərbaycanda mobil cihazların bazar payı azalır

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 66,88 % təşkil edib.

“Tezadlar”ın “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 4,16 faiz bəndi, 2024-cü ilin avqust ayı ilə müqayisədə isə 5,91 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 17 % təşkil edib).

Kompüterlərin bazar payı aylıq 4,23 faiz bəndi, illik müqayisədə isə 6,15 faiz bəndi artaraq 32,44 % olub.

Avqustda planşetlərin bazar payı 0,69 % təşkil edib. Bu, iyul ayına nisbətən 0,06 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,23 faiz bəndi azdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…