Azərbaycanda niyə kartof – tərəvəz əkininə maraq azalıb?

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda cəmi 11,7 min hektar ərazidə tərəvəz əkilib.

Tezadlar.az  Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, , tərəvəz əkilən sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 min hektar və ya 13,3% azalıb.

2024-cü ilin ilk iki ayında ölkədə tərəvəz əkilən sahələr 13,5 min hektar olub. Bu ilin hesabat dövründə ölkədə 10 min hektar ərazidə kartof əkilib. Bu, illik müqayisədə 1,8 min hektar, yaxud da 15% azalma deməkdir. Ötən ilin eyni dövründə Azərbaycanda kartof əkilən sahələr 11,8 min hektar idi.

Qeyd edək ki, bu il bazarlarda katofun, eyni zamanda digər tərəvəzlərin qiymətlərində artım baş verib.

Hazırda təzə kartofun kilosu 5 manata təklif olunur… Fermerlərin bu gəlirli sahədən üz döndərməsi nəticəsində bazrlarda bahalaşmaya səbəb ola biləcəyi qaçılmazdır – xaricdən idxala baxmayaraq.

 

JASMİN

 

Xəbəri paylaş