Əsas məzmuna keç

Azərbaycanda viski istehsalı azalıb, ehtiyatlar isə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 181 min dekalitr viski istehsal edilib.

Tezadlar.az  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % azdır.

Avqustun 1-nə ölkədə 397 min dekalitr hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 598,1 milyon manatlıq içki məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 0,1 % azdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın