8 Dekabr 2025 / 15:23

Azərbaycanda yumurta istehsalı 57,6 milyon ədəd artıb, bəs niyə qiyməti ucuzlaşmaqdansa, bahalaşır?..

Bu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən quşçuluq müəssisələri tərəfindən 1 975,2 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 faiz və ya 57,6 milyon ədəd çoxdur.

Tezadlar.az   Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 1,1 faiz və ya 2,1 milyon ədəd artım qeydə alınıb. Oktyabrda 185,8 milyon ədəd yumurta istehsal edilib.

Maraqlısı budur ki, yumurta istehsalındakı artım, qiymətlərin də artımına təsir edib –  ucuzlaşmaqdansa, bahahalaşıb. Hazırda mağazalarda yumurtanın 1 ədədi 19-20 qəpikdir. Kənd yumurtası isə 40 qəpiyədir və daha yüksək. Halbuki əvvəllər kənd yumurtası 20 qəpiyə satılırdı. Belə çıxır ki, bolluq qiymətlərin enməsinə səbəb olmayıb…

Nəzərə alsaq ki, qarşıdan YENİ İL gəlir – bayram süfrələri bəzədiləcək və münasibətlə  müxtəlif qəlyanaltılarda, salatlarda istifadə olunacaq yumurtanın qiymətində baş verə biləcək yüksəlişə də hazır olmalıyıq…

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!