Əsas məzmuna keç

AZƏRBAYCANIN BÜTÜN MALİYYƏ SİSTEMİ BRİTANİYANIN ƏLİNDƏ?-AUDİTORLAR SUAL ALTINDA

Bəzi ölkələrin məhkəmə qərarları ilə sübut olunur ki, bu auditorlar hansı ölkədə işləyiblərsə, həmin ölkənin iqtisadiyyatı sual altında olub…

Keçək mətləbə: bu gün Azərbaycanın dövlət təhlükəsizliyinə əsaslı təhlükə yaradan faktorlardan biri Azərbaycanın əsas maliyyə axınları strateji aktivləri üzərində nəzarətin 4 Britaniya şirkətinə məxsus olmasıdır:

-Dövlət Neft Fondu (SOFAZ) – PricewaterhouseCoopers (PwC),

-Mərkəzi Bank (AMB) – PwC, KPMG, EY,

-Əmanətlərin Sığortalanma Fondu (ADIF) – KPMG,

-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (SAMHI) – PwC,

-Dövlət Sosial Müdafiə Fondu (DSMF) – KPMG (Nexia EA),

-Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) – PwC,

-Qarabağ Dirçəliş Fondu PwC,

-İpoteka Kredit Zəmanət Fondu (İKZF) – KPMG, Deloitte, RSM, Baker Tilly,

-Azərbaycan İnvestisiya Holdinqi (AİH) – Deloitte,

-AZAL (Azərbaycan Hava Yolları) –PwC, Deloitte,

-ASCO (Azərbaycan Xəzər Dəniz miçiliyi) – Ernst & Young

-Bakı Metropoliteni Deloitte,

-SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) – Ernst & Young Deloitte

-Azərkosmos (Kosmik Agentlik) – PwC, Baker Tilly.

Yəni, apardığımız müstəqil araşdırmalar göstərir ki, bütün gəlirli obyektlərimiz bizə yox, dolayısı və gizli yolla Britaniyaya hesabat verir Azərbaycan hökumətinin onlardakı maxinasiyaları üzə çıxarmağa faktiki olaraq imkanı yoxdur. Çünki mühasibatlığı Azərbaycanın dövlət orqanlarınn üzünə qapalıdır. Maliyyə nazirliyimizə isə bu qurumların həmin auditlərlə birgə hazırladıqlarıİllik Hesabat“, yəni quru rəqəmlər toplusu təqdim edilir. Bu rəqəmlərin yalan, ya düz olması təkcə onların özünə bəllidir çoxsaylı faktlar da sübut edir ki, bir çox halda o Auditlər təftiş etdikləri müəssiəsə ya məmurla ya sövdələşməyə gedib, ya da öz maraqlarından irəli gələrək bu rəqəmləri saxtalaşdırır. Konkret nümunələr:

1) Bu ilin əvvəlindən etibarən qardaş Türkiyədə onların hesabatına ciddi şübhə yaranaraq, başqa auditlər vasitəsilə dövlət öz aktivlərinin alternativ təftişini həyata keçirdi. lum oldu ki, bütün rəqəmlər səhvdir, konyukturaya audit etdikləri şirkətlərin maraqlarına uzlaşdırılıb saxtalaşdırmada yuxarıda adı çəkilən bu 4 şirkət onların törəmələri gizli kartel sövdələşməsinə gediblərmiş… Və araşdırma zamanı həm o lum olub ki, onlar paralel olaraq məmurların gizli maliyyə aktivləri, şirkətlərin konfedensial iqtisadi sirlərini ən pisi ASELSAN hərbi şirkətinin məxfi sirlərini oğurlayaraq Britaniyaya ötürürlərmiş.

…Bu barədə yazılan bir məqalədə göstərilir ki, onların audit adı altında Türkiyə iqtisadiyyatına vurduğu zərbənin miqyası o dərəcədə böyük olmuşdur ki, nəhayət, bu işi cənab R.T.Ərdoğan şəxsən özü nəzarətə götürmüş Dövlət Təhlükəsizlik orqanları onlarla həbslər həyata keçirmişlər.

2) Vaxtilə Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankdan 7 milyard manat pul yoxa çıxanda da, həmin bankın auditoru məhz bu şirkətlər idi. Təbii ki, 7 milyard pul bir günə oğurlanmamışdı. Bu illərlə, hissə-hissə oğurlanmaqla həyata keçirilmişdi. Bəs niyə vaxtında tapıb üzə çıxarmamışdılar bu itkini? hazırda da, Mərkəzi Bankın auditoru bunlardır.

İndi kim zəmanət verə bilər ki, Mərkəzi Bankımızdan həmin auditorlar daha bir 7 milyard manatın oğurlanmasına kömək etmirlər? Təki qənaətimizdə yanılaq!

3) Həmin Britaniya auditləri uzun müddət «Bank Standart»ın auditi olmuşlar. Amma illərlə onun fəaliyyətinə müsbət rəy verirdilər. Sonda bu bank müflis olanda bəlli oldu ki, rəylər saxta imiş;

4) Bu auditlər neçə illərdir ki, Azərbaycanın TürkiyədəkiPetkimzavoduna yalançı uğur hekayəsi yazırdılar. Yalnız keçən il Türkiyənin öz auditləri yoxlama apararkən bəlii oldu ki, bu zavod neçə ildir ziyanla işləyirmiş;

5) Müxtəlif ölkələrdə onların yerli şirkətlərlə gizli sövdələşməyə gedib, dövlət vəsaitlərini birlikdə çapıb-talamalarına dair xarici ölkələrdə ifşa olunmuş yüzlərlə səs-küylü məhkəmə qərarları olub. Bu qərarlar sayəsində həmin auditorlar iri məbləğlərlə cərimələniblər. CAR da: “Zondo Komissiyasının işi“ (2018); AlmaniyadaWirecard/EY” “maxinasiya barədə məhkəmə işləri (2020); Avstraliya PwC  maxinasiya”sı barədə məhkəmə işləri (2023), Avstraliya KPMG maxinasiya barədə məhkəmə işləri (2026) b.
İstənilən süni intellektə bu adları daxil edib, sual verməklə ki, bu hadisələr barədə ətraflı məlumat versin… O zaman bizim dediyimiz Azərbaycanın bütün iqtisadiyyatını öz nəzarətinə alan həmin Britaniya şirkətlərinin heç , bizim etibar etdiyimiz qədər güvəncli olmadıqları sizə aydın olacaq. Xüsusi olaraq qeyd edək ki, onlar Azərbaycanın yuxarıda sadaladığımız dövlət müəssisələrinin auditini tam şəkildə, qanunsuz əsaslarla həyata keçirirlər. Belə ki:

Rəqabət məcəlləsi“nin həm Dövlət satınalmaları haqda” AR Qanununun(№ 988 VIQ) 14, 15, 49-cu maddələrinin tələblərinə görə, dəyəri 100 min manatdan yuxarı heç bir saziş tendersiz imzalana bilməz, halbuki adı çəkilən bu audit şirkətləri ilə imzalanan həmin audit müqavilələrin dəyəri isə milyonlarla dollardır;

Rəqabət məcəlləsi”nin 31-ci maddəsinə, Peşəkar Mühasiblərin EtikaMəcəlləsinin  290.149-cu maddəsinə görə eyni müəssisə ilə rotasiyasız əməkdaşlıq Qanun  pozuntusudur. Buna baxmayaraq, adı gedən müəssisələr 20 ildir eyni auditlərlə işləməkdə davam edirlər (quot;Tanışlıq təhlükəsi“ / Familiarity Threat).

Xüsusi olaraq qeyd edək ki, Avropa ölkələrində nəinki Audit bazarının, istənilən bir sektorun tam şəkildə hansısa bir ölkədən olan şirkətlərin ixtiyarına verilməsi nəinki anti-monopol qurumlarının, hətta Təhlükəszlik orqanlarının fəaliyyətə keçməsi ilə nəticələnir. Onlarda audit bazarı tam diversifikasiya edilmiş olur, bu bazarda Britaniya şirkətlərindən daha çox, yerli auditlər onlarla bərabər olaraq Sinqapur, Çin, hətta İndoneziya auditorları təftiş aparır. Özü tanışlıq sindromununqarşısını almaq üçün mütəmadi rotasiyaya xüsusi diqqət verilir auditi 50:50 prinsipi ilə yerli auditlərlə birlikdə həyata  keçirilir ki, bu da həm bir-birinə nəzarət etməni təmin edir, həm yerli mütəxəssislər yetişməsinə köməkedir.
 Buradan belə nəticə çıxır ki, xarici auiditorlar, o cümlədən Böyük Britanıyanı təmsilıl edən aiditorların məqsədləri heç xoş niyyətli deyil. Əksinə, bəzi ölkələrin konkret məhkəmə qararları  sübut edir ki, bu auditorlar hansı ölkədə işləyiblərsə, həmin ölkənin iqtisadiyyatını çökdürüblər xalqı qəsdən rəhbərlikdən narazı salaraq, dövlət çevrilişinə səbəb olublar. Azərbaycanda da bunun işartıları  artıq sezilir.  Çünki qalib Prezident cənab İlham Əliyevin müstəqil siyasət yürütməsini Rusiya, Britaniya, nə İran, digər Avropa dövlətləri həzm edə bilmir. Bu səbəbdən, qədər ki, Azərbaycanın iri maliyyə sistemləri Britaniyanın əlindədir, dediyimiz təhlükə həmişə olacaq aidiyyəti qurumlar bu məsələyə daha çox diqqət yetirsələr, dövlət təhlükəsizliyimiz yaxşı qorunar. İnanırıq ki, bu, belə olacaq.

Mövzuya qayıdılacaq.

Təzadlar”ın Araşdırma Qrupu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…