Əsas məzmuna keç

Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı

Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə F.İsgəndərov Polşaya səfir təyin olunub.

Qeyd edək ki, o, 26 iyul 2021-ci il tarixdən Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…