Əsas məzmuna keç

Azərbaycanın mis ixracı artıb- həcmcə 16,3%

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədən 26,9 milyon dollar dəyərində 3,5 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Tezadlar.az  Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 27,9 faiz və ya 5,8 milyon dollar, həcm baxımından isə 16,3 faiz və ya 494,3 ton çoxdur.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən dəyəri 2,36 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,14 faizə bərabər olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…