Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli istehsalçıların xarici bazarlara, xüsusilə də Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Çinin milli qanunvericiliyinə əsasən, bu ölkəyə qida məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin CIFER (China Import Food Enterprises Registration) sistemi üzərindən qeydiyyatdan keçməsi məcburidir. Bu prosesdə AQTA Azərbaycan üzrə səlahiyyətli qurum qismində çıxış edir. Hazırda şərab, qənnadı məhsulları, meyvə-tərəvəz, un məmulatları və digər qida məhsullarının istehsalı ilə məşğul olan 66 müəssisə bu sistemdə qeydiyyatdan keçib. Qeydiyyat zamanı yarana biləcək texniki və inzibati məsələlərin operativ həlli məqsədilə AQTA-da xüsusi işçi qrup fəaliyyət göstərir və sahibkarlara metodiki dəstək göstərir.
Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Agentliyin əməkdaşları və yerli sahibkarlar üçün CIFER sistemi ilə bağlı onlayn təlim təşkil olunub. Təlim çərçivəsində qeydiyyat prosedurları, müraciətlərin hazırlanması qaydaları, texniki tələblər və qarşıya çıxa biləcək məsələlərin həlli mexanizmləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.