Əsas məzmuna keç

“AzerGold” rəhbərliyi Pakistanda beynəlxalq forumda iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Nazirlikdən “Təzadlar”a verilən məlumata görə, səfər çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib. Forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqi dağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən “AzerGold” QSC mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…