Əsas məzmuna keç

“Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,43 ABŞ dolları və ya 4,2 % artaraq 109,98 ABŞ dolları təşkil edib.

Tezadlar.az  xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 104,72 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,52 ABŞ dolları və ya 4,4 % artaraq 107,01 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…