Əsas məzmuna keç

“Azərkəndtikinti”də səhmdarlar sədri də, üzvləri də dəyişirlər – səbəb…

Oktyabrın 17-də “Azərkəndtikinti” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Tezadlar.az  xəbər verir ki, yığıncağın əsas mövzusu müşahidə şurasının üzvlərinin və sədrinin dəyişdirilməsidir.

Qeyd edək ki, adətən müşahidə şurası səhmdarların təmsilçiləri olur və müşahidə şurasının tam heyətdə dəyişdirilməsi adətən şirkətin səhmdarı, yəni sahibi dəyişəndə baş verir.

İclas 17 oktyabr 2026-cı il saat 11.00-da Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 nömrəli binanın 2-ci mərtəbəsində “Azərkəndtikinti” ASC-nin ofisində keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…