Əsas məzmuna keç

Azərşəkər LLC aqronom axtarır – tələblər

Azərşəkər LLC

Kiçik aqronom-Yevlax

Son tarix 13 sen 2025 – hr@azsf.az

Vəzifə öhdəlikləri:

  • Əkin, gübrələmə, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər üzrə toplanan məlumatların gündəlik, həftəlik və mövsümi qaydada qeydiyyatının aparılmasına yardımçı olmaq.
  • Müvafiq rəhbərin göstərişi və nəzarəti ilə torpaq, su və bitki analizlərinin nəticələrini işləyib təhlil etmək.
  • Əkin sahələrinin məhsuldarlıq göstəricilərini əvvəlki illərin nəticələri ilə müqayisəli analizini aparmaq üçün fəaliyyətlər göstərmək.
  • Bitkilərin inkişaf mərhələləri, xəstəlik/zərərverici müşahidələri və tədbirlərin effektivliyi barədə statistik məlumatları toplamaq.
  • Aqrar fəaliyyətlə bağlı rəqəmsal platformalarda (ERP, MS Excel və s.) məlumatların düzgün və tam şəkildə daxil olunmasını təmin etmək.

Vəzifə tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Azərbaycan  dili səlis, ingilis  dili arzu olunandır.
  • MS Office (Word, Excel, Power Point) proqramlarında işləmək bacarığı

Əlavə məlumat:

  • Struktur: Əməliyyatlar departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Aqronom məsləhətçi
  • İş yeri: Yevlax rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi  (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aqronom-Yevlax) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…