24 İyul 2022 / 15:07

BƏRDƏDƏ HƏYAT YOLDAŞININ EVİNİ YANDIRAN SAXLANILDI

Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

Məlum olub ki, Şikar Abdullayev hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş. Bu gün Bərdədə “Mətin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən bu qonaq hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!