Əsas məzmuna keç

BƏRDƏ SAKİNİ QONŞUSUNU ÖLDÜRÜB, SONRA ÖZÜ İNTİHAR EDİB

Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra özü intihar edib.

Hadisə rayonun Şatırlı kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseyinov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra N.Hüseyinov özünə odlu silahdan atəş açaraq intihar edib.

Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…