Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov Milli Mətbuat Günü münasibətilə “Təzadlar”ı təbrik etdi! Təbrik məktubunda deyilir:
“Hörmətli Asif müəllim,
22 İyul – Milli Mətbuat Günü münasibətilə Sizi və rəhbərlik etdiyiniz media qurumunun bütün kollektivini səmimi-qəlbdən təbrik edirəm.
151 illik inkişaf yolu keçən Azərbaycan milli mətbuatı cəmiyyətin maariflənməsi, milli-mənəvi dəyərlərin qorunması, ictimai rəyin formalaşması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Bakı Ali Neft Məktəbinin təhsil, elm və innovasiya sahəsində əldə etdiyi nailiyyətlərinişıqlandırılmasında göstərdiyiniz diqqət və dəstəyə görə Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, universitet-media əməkdaşlığı bundan sonra da uğurla davam edəcək.
Sizi və kollektivinizi öz adımdan, professor-müəllim və administrativ heyət adından ürəkdən təbrik edir, fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
Hörmətlə,
Elmar E. Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru”.