Əsas məzmuna keç

Bakı üzrə istehlakçıların ərzaq və qeyri ərzaq məhsullara xərclədiyi pulun məbləği açıqlanıb

2024-cü ildə Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 4,6 faiz artaraq 37 756,2 milyon manat olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilib.

Qeyd edilir ki,  ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 21 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq 16 416,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…