Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan Dəmir Yolları” QSC Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.
Tezadlar.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, Bakı-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub: “Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi nəzərdə tutulub. Belə ki, biz işlərin 2027-2028-ci illərdə başa çatacağını gözləyirik”.