Əsas məzmuna keç

BAKIDA AVTOMOBİLDƏN OĞURLUQ EDƏN YAXALANIB

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobildən 1275 manat pul, mobil telefon, poverbank və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı N.Eminov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…